Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI
14:22 14 Mart 2017
2334 Ölkə
Ölkə mətbuatı
A- A+

Peşə məktəblərində oxuyan şagirdlərin buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən report-a verilən məlumata görə, mərkəzin martın 12-də respublikanın ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələri DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. 

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8‑dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR