Azərbaycanda Novruz bayramı günlərində 30-ya yaxın bankın 100-ə yaxın filialı işləyəcək

Azərbaycanda Novruz bayramı günlərində 30-ya yaxın bankın 100-ə yaxın filialı işləyəcək
14:22 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ / Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) istehlakçıların Novruz Bayramı ərəfəsində və bayram günlərində bank xidmətlərinə rahat çıxışının təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməkdə davam edir.
“Report” xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilib.
Məlumatda deyilir ki, qurumun tövsiyyəsi ilə Novruz bayramı ilə əlaqədar olacaq 9 qeyri-iş günlərində 30-a yaxın bankın 100-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq: “Novruz Bayramı ilə əlaqədar olaraq, ölkəmizə əhəmiyyətli turist axının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib. Belə ki, 7 bankın Bakı və Qəbələdə yerləşən 16 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək".
Bundan əlavə, bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Astara, Şəki, Xaçmaz və Naxçıvan şəhərlərində yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək. Bəzi turizm və ticarət obyektlərində valyuta mübadiləsi avtomatları quraşdırılıb. Həmçinin, xüsusi broşür dərc edilərək Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə turizm şirkətlərinə və mehmanxalara paylanılacaq. O cümlədən, bayram günlərində MBNP-nın işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər. 
Koordinatorlar:
Azər Quluyev (Azar.Guluyev@fmsa.az).
Rövşən Məmmədli (Rovshan.Mammadli@fmsa.az).
Tel: 493-50-58 (dax:300);
Martın 18-26-da çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.azsaytında tanış olmaq mümkündür.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-novruz-bayrami-gunlerinde-30-ya-yaxin-bankin-100-e-yaxin-filiali-isleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR