Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişir"

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişir"
14:27 14 Mart 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.

Prezident İlham Əliyev bildirib: "İnformasiya texnologiyaları çox sürətlə inkişaf edir və bizim bu sektorun inkişafı ilə bağlı xüsusi proqramımız var. Müasir texnologiyalar, sənaye potensialı, tikinti, əlbəttə ki, nəqliyyat - dünyanın hər yerindən şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün çoxlu imkanlar var.

Həyata keçirdiyimiz strateji layihələr arasında mən ikisini qeyd etmək istərdim. Birincisi, əlbəttə ki, Cənub Qaz Dəhlizidir. Bu, hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab olunur. Layihənin dəyəri 40 milyard dollara yaxındır. Bu, 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən inteqrasiya olunmuş kəmər sistemidir. Avropa Komissiyası bu layihəyə güclü dəstək verir və Azərbaycan bu layihədə aparıcı rola malikdir. Bu layihə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək. Əlbəttə ki, bu layihənin həyata keçirilməsində bir çox şirkətlər iştirak edir. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi layihəsidir və bu, həqiqətən də XXI əsrin layihəsidir. Çünki layihənin həyata keçirilməsini təşkil etmək nə texniki, nə də maliyyə nöqteyi-nəzərindən asan məsələ deyildi".

Azərbaycan Prezidenti vurğulayıb ki, bu layihə beynəlxalq maliyyə institutları, əsasən də Dünya Bankı tərəfindən dəstəklənir: "Mən şadam ki, Fransa bankları da bu layihənin həyata keçirilməsinin maliyyələşməsini təmin edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR