Futbolun zirvəsindən zirzəmisinə...

Futbolun zirvəsindən zirzəmisinə...
14:27 14 Mart 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Qanalı məşhur futbolçu Maykl Essyen gözlənilməz transferlə diqqət mərkəzinə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı oyunçu İndoneziyanın "Persib Bandung" klubuna transfer olunub. O, 1+1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, M.Essyen bir vaxtlar Avropanın "Real", "Çelsi", "Milan", "Lion" kimi məşhur klublarında çıxış edib. O, son olaraq ötən mövsüm Yunanıstanın "Panatinaikos" klubunda oynayıb.

Əlavə edək ki, hazırda İndoneziya FİFA reytinqində 167-ci yeri tutur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526030.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR