​Bakıda avtomobil oğrularından "kəşf"

Səhər yuxudan oyananda qapılarını bağladığınız avtomobilin açıq şəkildə olduğunu görsəniz, bunun bir möcüzə olmadığına əmin olun. Bu problem son zamanlar paytaxt Bakıda əksər sürücülərin əməlli-başlı başağrısına çevrilib.

Metbuat.az xəbər verir ki, avtomobillərin xüsusi siqnalizasiya sistemlərilə qorunması oğruları yeni üsullar tapmağa məcbur edib. Onların yeni kəşfi avtomobilin 4 qapısından hər hansı birinin dəstəyinə qəpik yerləşdirməklə həyata keçirilir.

Oğurluqdan canınızı qurtarmaq istəyirsinizsə, avtomobilə park edən zaman qapılara diqqətlə baxın, fotoda göstərilən hissələrə qəpik yerləşdirilmədiyinə əmin olun.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR