""Real"a keçmək istəmirəm"

""Real"a keçmək istəmirəm"
14:32 14 Mart 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin qapıçısı Tibo Kurtua "Real"a keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, belçikalı qolkiper komandasını dəyişmək fikrində olmadığını bildirib.

Kurtua karyerasını "Çelsi"də davam etdirəcəyini vurğulayıb: ""Real"a keçmək istəyirəmmi? Xeyr. "Çelsi"dəki çıxışımdan həzz alıram və karyeramı bu klubda davam etdirməyi düşünürəm. İngilis dilində sərbəst danışıram. Sanki, 10 ildi Londonda yaşayıram. Premyer Liqada turnir cədvəlinə başçılıq edirik. Bu il İngiltərə çempionu olmaq istəyirəm".
 
Qeyd edək ki, Tibo Kurtua karyerası ərzində "Genk" və "Atletiko" klublarının da formasını geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR