Türk nazir və mühafizəçilər öldürülməli idi - ŞOK ƏMR

Türk nazir və mühafizəçilər öldürülməli idi - ŞOK ƏMR
14:33 14 Mart 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilinin dayandırılması və ölkədən çıxarılması zamanı Niderland xüsusi təyinatlılarına atəş icazəsi verilmişdi.

Publika.az xəbər verir ki, bu haqda Niderlandın Rotterdam şəhərinin müsəlman bələdiyyə başçısı Əhməd Abutalib NOS TV-nin efirində deyib.

Bələdiyyə başçısı türk nazirin yanında “geniş çiyinli” 12 nəfərin olduğunu və onların silahlı olub-olmadığını bilmədiklərini qeyd edib.

“Bu vəziyyət qorxuducu idi. Nazirin yanında olan şəxslərin atəş aça biləcəyini düşünürdük. Bunun üçün hadisə yerinə xüsusi təyinatlılar göndərilmişdi. Nazirin mühafizəçiləri atəş aça bilərdi. Mühafizəçilərin polisin “təslim ol!” xəbərdarlığına tabe olmayacağı və əllərini kəmərlərinə doğru aparacaqları halda, xüsusi təyinatlılara atəş əmri verilmişdi”, - o vurğulayıb.

Xatırladaq ki, martın 11-i gecə saatlarında holland polisi türkiyəli naziri Rotterdam Baş konsuluq binasının 30 metrliyində saxlayıb və onu konsulluğa buraxmayıb. Polis nazirin də içində olduğu və diplomatik toxunulmazlığın olduğu avtomobil sürücüsü saxlanılıb. Fatma Betül Sayan Kaya isə Almaniyaya qaytarılıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR