Bakıda evdən 8 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən 8 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
14:37 14 Mart 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Bakıda evdən 8 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi ev 15 ünvanında 1957-ci il təvəllüdlü Nazim Manafova məxsus evdən pəncərinin dəmir barmaqlıqlarını sındımaqla naməlum şəxs və ya şəxslər 8 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-evden-8-min-manatliq-qizil-zinet-esyalari-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR