Tolik 720 manatlıq alça alan Təranə Qumralı BİABIR ETDİ - VİDEO

Tolik 720 manatlıq alça alan Təranə Qumralı BİABIR ETDİ - VİDEO
14:48 14 Mart 2017
792 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur prodüser Tarix Əliyev müğənni Təranə Qumralı səviyyəsiz olmaqda tənqid edib.

Publika.az xəbər verir ki, prodüser sosial şəbəkədə canlı yayım vasitəsilə özünü reklam edən müğənnilərin ünvanına sərt ifadələr səsləndirib:

“Eşitmişəm ki, Təranə Qumral qızına 720 manata alça alıb. Təranənin heç 720 manata toya getdiyini bilmirdim. Amma alçaya o qədər pul veribsə, ona ar olsun. Şəxsən mən eləməzdim. Təranə 720 manatla 10 ailəyə yaxşı bazarlıq edib, uşaqların qarnını doyuzdurub savab qazana bilərdi. Görməmişlik etməyin! Alça almaqla deyil ki, səviyyə başqa şeydi. Səviyyəni pulla almaq olmur! Allah bizim bəzi müğənnilərə ağıl versin!”.

Müğənni Şəbnəm Tovuzlu da Tolikin dediklərinəı dəstək olub. belə bir şərh yazıb: “Öldüm gülməkdən, qələt edir! Yalançı, alça alıb”.

Tolik isə cavab olaraq Şəbnəmə bu sözləri deyib: “Şəbnəm, ölürlər yekəbaşlıq etmək üçün. Ay aman, evimdə 720 manatlıq alça var...”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/191317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR