Gənclər və İdman Nazirliyində cüdo və taekvondo yığmaları ilə görüş keçirilib

Gənclər və İdman Nazirliyində cüdo və taekvondo yığmaları ilə görüş keçirilib
15:27 14 Mart 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Gənclər və İdman Nazirliyində Bakıda keçirilmiş Böyük Dəbilqə beynəlxalq turnirdə 7 medal qazanan cüdo üzrə Azərbaycan milli komandasının və Hollandiyanın Eindhoven şəhərindəki "Dutch Open” beynəlxalq turnirindən 10 medalla qayıdan taekvondo yığmasının üzvləri ilə görüş keçirilib. 
"Report"un məlumatına görə, tədbirdə nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, cüdo üzrə Azərbaycan yığmasının böyük məşqçisi Fərhad Əliyev, məşqçi Mövlud Mirəliyev, taekvondo üzrə Azərbaycan yığmasının böyük məşqçisi Rəşad Əhmədov, qadınlardan ibarət taekvondo millisinin baş məşqçisi Elnur Amanov, digər məşqçilər və yarışlarda medal qazanan idmançılar iştirak ediblər.
F.Mansurov bildirib ki, hər iki yığmanın beynəlxalq turnirdə uğurlu çıxışı ölkədə idmana olan qayğının nəticəsidir. O, göstəricilərin zamanla daha da yaxşılaşdığını qeyd edib: "Taekvondoçularımızı təbrik edirəm. Hollandiyada keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar. Onlardan 6-sı qızıldır. Sevindirici haldır ki, komandada yerli məşqçilər çalışır. Cüdoçularımızı da təbrik edirəm. Böyük Dəbilqədə bu il daha uğurla çıxış etdilər. Həm cüdoçular, həm də taekvondoçularımıza Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayıram".

F.Əliyev də Azərbaycan idmançılarının Bakıda keçirilmiş Böyük Dəbilqə turnirində uğurlu çıxış etdikərini qeyd edib. O, heyət üzvlərinin İslamiadaya daha səylə hazırlaşacaqlarını söyləyib. 
R.Əhmədov Hollandiyada təşkil olunmuş turnirin əhəmiyyətindən danışıb. O, yarışın İslamiadaya hazırlıq xarakteri daşıdığını söyləyib: "İdmançılarınızı təbrik edirəm və media nümayəndələrinə minnətdarlığımı çatdırıram. 10 medal qazandıq. İslam Həmrəyliyi Oyunlarında da xalqımızı sevindirəcəyik".
E.Amanov isə heyətdə bəzi dəyişikliklərin etdiyini bildirib: "Baş məşqçi təyin olunduqdan sonra 4 idmançını heyətdən kənarlaşdırdım. Hazırda 6 xanım taekvondoçumuz var. Çalışacağıq ki, idmançı sayı az olsun, amma keyfiyyətli oldun".

Qedy edək ki, Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 1 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub. Rüfət İsmayılov (81 kq) qızıl, Məmmədəli Mehdiyevlə (90 kq) Elmar Qasımov (100 kq) gümüş, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq), Elxan Məmmədov (100 kq) və Xanım Hüseynova (63 kq) bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında Hollandiyadan sonra 2-ci yeri tutub. "Narıncılar" 3 qızıl, 1 gümüş medal qazanıb. 3-cü yeri isə 1 qızıl, 2 gümüş, 2 bürünc medalla Yaponiya tutub. Böyük Dəbilqədə 31 ölkədən 182 cüdoçu iştirak edib. 
Taekvondo yığması isə Hollandiyanın Eindhoven şəhərindəki “Dutch Open” beynəlxalq turnirini 10 medalla başa vurub. Xanoğlan Kərimov (45 kq), Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov (63 kq), Ramin Əzizov (87 kq), Radik İsaev (+87 kq) və Fəridə Əzizova (67 kq) qızıl, Ayaz Qənbərli (51 kq) ilə Darya Şkurko (62 kq) gümüş, Cavad Ağayev (63 kq) və Ayxan Tağızadə (68 kq) isə bürünc medal qazanıb.






Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/gencler-ve-i-dman-nazirliyinde-cudo-ve-taekvondo-yigmalari-ile-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR