Uşaqlar həqiqətən ömrümüzə ömür qatırlar

Övlad sahibi olan insanların olmayanlara nisbətən daha çox yaşadığı elmi yolla sübut edilib.

Metbuat.az bildirir ki, İsveçdəki Karolinska İnstitutunun mütəxəssisləri övladı olan ailələrin bu sevincdən məhrum olanlara nisbətən 2 il çox yaşadığını qeyd ediblər. Bunu təyin etmək məqsədilə, İsveçdə 1911-1925-ci illər arasında doğulan 100 minlərlə kişi və qadın haqqındakı məlumatlar araşdırılıb.

Nəticədə, övladı olan şəxslərdə ölüm riskinin övladı olmayanlarla müqayisədə az olması hesab edilib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR