Alban Avtokefal Kilsəsi necə ləğv edildi?

Alban Avtokefal Kilsəsi necə ləğv edildi?
15:47 14 Mart 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

"XIX əsrin əvvəlində erməni kilsəsi Rusiyanın dəstəyinə arxalanaraq Alban Avtokefal Kilsəsinin ləğvinə nail oldu".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Qafqaz Tarixi Mərkəzi"nin direktoru, AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov bu gün Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

R.Hüseynov qeyd edib ki, XVII-XVIII əsrlərdə Qəndzəsardakı alban patriarxatı ilə Eçmiədzindəki erməni patriarxatı arasında hakimiyyət və kilsəyə mənsub dindarlara təsir üzrə şiddətli mübarizə gedirdi:

"Eçmiədzin zəifləyən alban kilsəsinin Qəndzəsar taxtını özünə tabe etmək məqsədilə bütün metodlardan istifadə edirdi. İlk dəfə XV əsrdə Ağqoyunlu azərbaycanlı hökmdarlarının icazəsi ilə Üçkilsədə (Eçmiədzində) köç salan erməni din xadimləri tədricən möhkəmləndilər və Alban kilsəsini hər vəcdlə sıxışdırmağa başladılar. Qəndzəsardakı (erməni silahlı qüvvələri tərəfindən işğal edimiş Azərbaycanın Kəlbəcər rayonunda, hazırda tam erməniləşdirilib) alban patriarxları Eçmiədzinlə uzun zaman mübarizə aparırdılar, lakin axırda uduzub geri çəkilməyə məcbur olduqda, həmin hadisə Eçmiədzinə tabe olmaq istəməyən Qarabağın alban əhalisi arasında ciddi həyəcan yaratdı".

Baş elmi işçi bildirib ki, XIX əsrin əvvəlində erməni kilsəsi Rusiyanın dəstəyinə arxalanaraq Alban Avtokefal Kilsəsinin ləğvinə və bütün alban kilsələrinin, arxivlərinin və kilsəyə mənsub dindarların Eçmiədzinə verilməsinə nail oldu:

"Rusiya arxiv materialları, bir tərəfdən alban katolikosları, digər tərəfdən isə erməni katolikosu arasında baş tutan ağır mübarizəni təsvir edirlər. Nəticədə mütləq hakimiyyət qiyamın qarşısını aldı, alban kilsəsi və onun dindarları Eçmiədzin katolikosuna tabe edildi, alban patriarxı İsrail isə qovuldu. Tezliklə o öldü və bundan sonra Eçmiədzin kilsəsi Çar Rusiyasına yalvararaq Qarabağ və Gəncə kilsələrinin və dindarlarını onların tabeliyinə verilməsini istədi. Eçmiədzinin xahişi yerinə yetirildi - Çar Rusiyasının dəstəyi ilə erməni (haykan) Eçmiədzin kilsəsi əvvəlcə alban katolikosatının yeparxiyalarını özünə tabe etdi, sonra isə alban katolikosunun rütbəsi katolikosdan mitropolitə qədər endirildi, nəticədə isə Alban Avtokefal Kilsəsi ləğv edildi".

R.Hüseynov deyib ki, sonralar, XIX-XX əsrlər ərzində erməni kilsəsi və millətçiləri erməni qriqoryan dininə etiqad edən Qafqaz xalqlarının zəngin mənəvi, mədəni-tarixi və memarlıq irsini öz ayaqlarına yazdılar:

"Ancaq sonradan "qədim erməni" tarixi konsepsiyası yaradıldı və o, erməni millətçilərinin ideologiyasının əsasını təşkil edərək, Azərbaycan xalqının və digər xalqların etnik təmizlənməsinin ideologiyasına çevrilərək özgə torpaqları zəbt edib mifik "Böyük Ermənistan" yaradılmasına qulluq etdi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR