Bakı-Şamaxı yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakı-Şamaxı yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ
15:47 14 Mart 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Şamaxı avtomobil yolunun 12,8 km-də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də gecə saat 00:00 dan səhər saat 5:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Mart ayının 16 və 17-də isə, gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün tamamilə bağlanacaq.

Alternativ yol olaraq nəqliyyat vasitələri  Hacı Zeynalabdin Tağıyev - Sahil avtomobil yolundan istifadə etməklə Bakı - Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər.

"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR