Bürclərin sevgi cədvəli

Yaz fəslinin gəlişi ilə insanlarda sevmək, sevilmək kimi hislər də artır. Bəs görəsən sevgi hisləri ilə bürclər arasında hansı bağlılıq var?

Qoçlar həyat eşqi olan insanları sevirlər. Bəzən qısqanclıq nümayiş etdirərək, özlərinə qarşı hədsiz diqqət tələb edirlər. Azadlıqsevər qoçlar etibarlı, sadiq və həyəcanverici həyat yoldaşı olmağı bacarırlar.

Buğaların sizə sevgi etirafı uzun zaman ala bilər. Gözəl şam yeməyi, romantik musiqi, güllər səbrli buğaların tez təsir altına düşmələrinə kömək edər.Bu bürc nümayəndələrinin sadiqliyinə şübhə etməyin. Buğa bürcü altında doğulanlar çox ehtiraslı və həssas olurlar.

Əkizlərlə sevgi münasibətində diqqətli olun. Əyləncəsevər əkizlər bəzən həssas insanlarla o qədər də yaxşı yola getmirlər. Onlara yaxınlaşmaq üçün qısqandırmaq üsulundan istifadəni ağlınızdan belə keçirməyin.

Xərçəng nümayəndəsinə simpatiyanız varsa, ilk addımı siz atın. Ənənəviliyə bağlı olduğu üçün ilk görüşdə teatr və ya romantik yemək onların özlərini daha rahat hiss etməsinə yardım edəcək. Mükəmməl yaddaşa sahib xərçənglər çox qısqanc olurlar.

Şirlər kompliment və tərifi çox sevirlər. Xaricdən görünən qürurlu bürcün daxilində əslində, romantik və çox həssas ruh gizlənir. Şirlər ideal həyat yoldaşı olmağı bacaran bürclər sırasına daxildir.

Qız bürcü altında doğulanlar natiqləri sevirlər. Həyatlarını paylaşmağa hazır olduğu insanı tapdığına əmin olduqda, həmin şəxsi xoşbəxt etmək üçün əllərindən gələni etməyə hazır olurlar.

Tərəzilərə isə “sevgi aşiqi” desək, yanılmarıq. Romantik tərəzilər sevgi münasibətlərində də olduqca uğurlu olurlar. Onların rəğbətini qazanmağın ən asan yolu komplimentdən keçir.

Əqrəb bürcünün nümayəndələri sevgiyə hamıdan çox dəyər verir. Onlar münasibətlərin korlanacağından qorxduqları üçün ehtiyatla davranmağı sevirlər. Əqrəblər həyatını birləşdirəcəyi insana qarşı çox qısqanc olurlar.

Oxatanlar həyata əyləncə kimi baxırlar. Xəyalpərəst bürc nümayəndələri əksər hallarda sevgiyə də bir macəra kimi yanaşırlar. Qısqanc, evdə oturmağı sevən insanla oxatanın birlikdə olması mümkün deyil.

Oğlaq bürcündən olanlar lüks həyatı çox sevirlər. Oğlağın sevgisini qazanmaq asan deyil. Onlar sevdiyi insanın qürurunu qırmamaq üçün əllərindən gələni etməyə hazır olurlar.

Dolçalar heç vaxt həddindən artıq qısqanclığa və həssaslığa yol vermirlər. Lakin bəzən onların artan tələbkarlığı münasibətlərdə soyuqluğa səbəb ola bilir.

Balıq bürcünün nümayəndələri ilk görüşdə nəzakət və diqqətləri ilə qarşı tərəfi özlərinə heyran buraxa bilərlər. Asanlıqla aşiq olmağa və sevməyə meyillidirlər. Balığa sevgi, nəzakət ilə yanaşılarsa, müqabilində inanılmaz sevgi və hörmətin şahidi olacaqsınız.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR