"Kəpəz"in futbolçusu vurduğu qolu kimə həsr etdi?

"Kəpəz"in futbolçusu vurduğu qolu kimə həsr etdi?
15:57 14 Mart 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın XXII turunda "Zirə"yə qalib gələn "Kəpəz"in yeganə qolunun müəllifi Juiel Ebah oldu. Fanat.Az xəbər verir ki, kamerunlu hücumçu oyunla bağlı klubun saytına açıqlama verib: 


“Digər oyunlar kimi bu matçımız da çətin alındı. Ötən tur qələbə qazanmağa yaxın olsaq da, son dəqiqələrdə buraxdığımız qolla 2 xal itirmişdik. Bu il çempionatda qələbə qazana bilmədiyimizdən üzərimizdə təzyiq vardı. Qələbəsiz çətin idi. Ona görə də "Zirə"yə qarşı görüşdə meydana ancaq 3 xal məqsədi ilə çıxmışdıq. Bunu da bacardıq. Bizim üçün əhəmiyyəti böyük olan oyunda qalib gəldik”.


Ebahın vurduğu qol özü üçün də əlamətdar olub. Belə ki, o, uzun müddət idi ki, fərqlənə bilmirdi: “Qol vurmağımı normal qəbul edirəm. Fərqlənməyimdə təəccüblü bir şey yoxdu. Hücumçuyam, rəqib qapısına ən yaxın mövqedə oynayıram, odur ki, qol vurmaq mənim işimdi. Düzdü, mənim qolum oyunda yeganə olduğundan qalib gəlməyimiz üçün vacib rol oynadı. Ancaq bu təkcə mənim adıma yazılacaq iş deyil, bütün komandanın əməyidi. Hər matçda fərqlənməyə çalışıram, amma bir müddət idi ki, alınmırdı. Qolumu yeni doğulan qızıma həsr edirəm. Onun şərəfinə qol vurduğum üçün çox xoşbəxtəm”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotin-futbolcusu-vurduu-qolu-kim-hsr-etdi-t56916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR