"Daşnakların dəst-xətti və hərəkət metodları olduğu kimi Qafqazda da təkrarlanır"

"Daşnakların dəst-xətti və hərəkət metodları olduğu kimi Qafqazda da təkrarlanır"
15:57 14 Mart 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

"Daşnakların dəst-xətti və hərəkət metodları olduğu kimi Qafqazda da təkrarlanır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Özbəkistan tarixçisi, publisisti Şuxrat (Barlas) Salamov bu gün Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Tarixçi qeyd edib ki, XX yüzillikdə erməni millətçilərinin terrorizmi özünü kəskin formada yalnız Şərqi Anadolu və Cənubi Qafqazda dinc əhaliyə qarşı deyil, həmçinin 1918-ci ildə Türküstanın Fərqanə vadisinin dinc əhalisinə qarşı da göstərib: "Özbək alimlər və publisistlər sistematik olaraq Türküstanda bolşevik siyasətinin nəticələrinin tədqiqatı üçün kompleks arxiv materiallar cəlb edərək xüsusi araşdırmalar aparırlar. Erməni daşnakları 1918-1919-cu illər ərzində nəinki yerli əhalini tələf edib, həmçinin Fərqanə vadisində olan demək olar ki, bütün şəhərləri və 180 kəndi qarət və məhv edib, yüz minlərlə dinc sakini qətlə yetirib və sürgün edib".

O əlavə edib ki, daşnakların dəst-xətti və hərəkət metodları olduğu kimi Qafqazda da təkrarlanır: "Dəst-xətt və metodların oxşarlığı əsasən uşaq, qadın və qocaların qətli kimi cinayətlərdə güdülür: qadınların döşlərinin kəsilməsi, azyaşlı qızların zorlanması, onların gözlərinin çıxarılması, meyitlərin təhqiri, sağ insanın parçalanması, qurbanın əl və ayaqlarının kəsilməsi. Daşnakların bu vəhşi əməlləri yerli xalqların bolşeviklərə qarşı müharibəsinə səbəb oldu".

Ş.Salamov bildirib ki, bolşeviklər tərəfindən 1918-ci ildə Türküstan və Qafqazda dinc əhaliyə qarşı terrorun həyata keçirilməsi üçün daşnakların istifadəsi bilavasitə həm Rusiya imperiyası və bolşeviklərin siyasəti və fəaliyyəti, həmçinin Türküstan və Qafqazda onların təsir faktorunun millətçi ermənilərin olması ilə bağlıdır:

"Bolşeviklərin əvvəlcə yerlərdə terror həyata keçirə biləcək qüvvələrə ehtiyacı vardı. Əvvəllər olduğu kimi, həmçinin XXI əsrdə böyük dövlətlərin və böyük regional dövlətlərin maraqlarına xidmət edən bir çox təşkilatlar guya "erməni məsələsi"nin həll olunması məqsədlərində özlərinin geosiyasi və geostrateji oyunlarında yenidən tez yola gələn erməni millətçi-şovinizmini istifadə edir. Bu cür siyasətin sonuncu nümunəsi on minlərlə insanın həyatına son qoymuş, milyon nəfərdən çox qaçqın və məcburi köçkünün yaranmasına səbəb olmuş və erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin 20 faizinin işğalı ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR