Qarındakı yağlardan qurtulmaq istəyənlər...

Südün qarın yağlarını əritdiyi iddia edilir. Bədənimiz gün içərisində protein, yağ və karbohidrata ehtiyac duyur. Süd isə bədənimizin ehtiyacı olan bütün maddələri özündə birləşdirir.

Metbuat.az bildirir ki, bir stəkan süd mədə boşluğunu hiss etdirmədən insanı ən azı 4 saat boyunca tox saxlayır. Maddələr mübadiləsi ilə bağlı hər hansı problemi olmayan insanlar gündə iki stəkan süd içməklə çəki ata və arıqlaya bilər.

Südün arıqladıcı təsirinə dair bir çox araşdırma aparılıb. Bu araşdırmalarda darçının faydası da vurğulanır. Südün darçın və ya darçın qabığı ilə içilməsi təsiri daha da artırır.

Üç qram darçın, bir qram darçın çubuğuna bərabərdir. Gündə cəmi bir çay qaşığı darçınlı süd içmək olduqca faydalıdır.

Qeyd edək ki, südü soyuducudan çıxartdıqdan sonra bir müddət otaq temperaturunda saxlamaq lazımdır, əks halda qaz problemi yarada bilər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR