Ermənistanın keçmiş baş naziri prezidentdən toxunulmazlıqla bağlı təminat istəyir

Ermənistanın keçmiş baş naziri prezidentdən toxunulmazlıqla bağlı təminat istəyir
16:02 14 Mart 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Ermənistanın keçmiş baş naziri Ovik Abramyan bu günlərdə mülkiyyətinə və biznesinə toxunulmazlıqla bağlı təminat qarşılığında ölkəsinin siyasi həyatından tamamilə çəkiləcəyini dar çərçivədə bildirib.
“Report” Ermənistanda çıxan “Jamanak” qəzetinə isitinadən xəbər verir ki, o, Ermənistan prezidenti Serj Sarqsyanla görüşmək üçün dəfələrlə cəhd etsə də, buna nail ola bilməyib. 
“Prezident aprelin 2-dən (bu tarixdə Ermənistanda parlament seçkiləri keçiriləcək - “Report”) sonra onunla görüşəcəyinə boyun olub. Ancaq təminat üçün yekun razılıq parlament seçkilərindən sonra ola bilər. 2018-ci il aprelin 9-da isə Serj Sarqsyanın səlahiyyət müddəti başa çatır. Bundan sonra prezidentin gələcək fəaliyyətinə aydınlıq gələcək”, - qəzet vurğulayıb.
Ovik Abramyan 2014-cü il aprelin 13-dən 2016-cı il sentyabrın 8-dək baş nazir olub. Onu bu postda Karen Karapetyan əvəz edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanin-kecmis-bas-naziri-prezidentden-toxunulmazliqla-bagli-teminat-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR