Çingiz Abdullayev: “Biz türkük”

Çingiz Abdullayev: “Biz türkük”
16:17 14 Mart 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

"Təəssüflər olsun ki, ölkədə bəzi şəxslər milli kimliyimizlə bağlı lazımsız və heç bir əsasa söykənməyən açıqlamalar verirlər".


Bu sözləri Xalq yazıçısı, "Neftçi"nin Müşahidə Şurasının sədri yazıçı Çingiz Abdullayev “Qədim Türk dastanları” kitabının təqdimat mərasimində çıxışı zamanı bildirib.


“Təəssüf ki, bu cür müzakirələr gedir. Burada sadə məntiq var: Biz türkük. Mən Azərbaycan türküyəm. Cəmiyyətdə hansısa müzakirələr açmaq və insanları başqa istiqamətə yönəltmək olmaz. Bu müzakirələri açanlara sözüm yoxdur. Gərək, öz tarixini, mədəniyyətini və fəlsəfəni oxuyasan ki, belə söhbət etməyəsən. Axı biz öz milli kimliyimizdən necə imtina edə bilərik? Bu heç bir zaman mümkün deyil”,-deyə Ç.Abdullayev vurğulayıb. (olke.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cingiz-abdullayev-biz-turkuk-t56917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR