Çində ilk kommersiya yönümlü kvant rabitə xətti inşa edilib

Çində ilk kommersiya yönümlü kvant rabitə xətti inşa edilib
16:35 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Çində ilk kommersiya yönümlü kvant rabitə xətti inşa edilib. Bu haqda Çinin Mərkəzi Televiziyası (“CCTV”) məlumat verib.

Şanxay və Xançjou şəhərlərini birləşdirən rabitə xəttinin uzunluğu 260 kilometrdir. İnşaat dəyəri 25 milyon dollar təşkil edib.

"Kvant rabitə xətti informasiyanın ötürülməsi üçün protonlardan istifadə edir. Bu protonların kvant vəziyyətini klounlaşdırmaq mümkün deyil. Beləliklə, sözügedən rabitə xətti dinləmək qeyri-mümkündür" – Çinin Mərkəzi Televiziyası layihəni reallaşdırılmış “Hangzhou Shenzhou Quantum Communication Technology Co” şirkətinin vitse-prezidentindən sitat gətirib. Onun sözlərinə görə, indi şirkət yerli hakimiyyət, bank və müəssisələri şəbəkəyə qoşmağa çalışır.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, bu rabitə xətti Şanxay və Pekin arasında inşa ediləcək 1200 km uzunluğunda kvant rabitə xəttinin bir hissəsidir.

Alimlər XX əsrin əvvəllərindən etibarən şifrləmə metodları və informasiyanın təhlükəsiz ötürülməsi üzərində çalışırlar. Lakin bu üsullar iki əsas çatışmazlığa malikdir: kifayət qədər güclü hesablama qurğusu (məsələn, kvant kompüteri) vasitəsilə müdaxilə və ya məlumat kanalı üzrə informasiyanın ötürülməsinə gizli qulaq asmaqla onu ələ keçirmək mümkündür.

Kvant şəbəkələri hər iki problemi həll edir, çünki kvant fizikasının fundamental prinsipləri üçüncü tərəfə məlumat kanalından informasiyanı oxumağa və ona açar seçməyə imkan vermir.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46645-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR