Mərc oyunlarının keçirilməsi qaydaları DƏYİŞDİRİLDİ

Mərc oyunlarının keçirilməsi qaydaları DƏYİŞDİRİLDİ
16:42 14 Mart 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərara görə, Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 762; 2012, № 5, maddə 494; 2013, № 6, maddə 752; 2016, № 6, maddə 1187, № 8, maddə 1449, № 9, maddə 1564) ilə təsdiq edilmiş "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın 5.1.9-cu yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və 5.1.10-cu yarımbənd əlavə olunub. Yeni əlavə olunmuş yarımbənddə mərc oyunları operatoruna əlavə hüquq və səlahiyyət verilib. Yeni əlavə edilən yarımbənddə göstərilib:

"5.1.10. idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda, dərhal Nazirliyə, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat vermək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR