Çərşənbə alovu Tovuz, Qazax, Ağstafa bazarlarını yandırır - FOTOLAR

Çərşənbə alovu Tovuz, Qazax, Ağstafa bazarlarını yandırır  - FOTOLAR
16:43 14 Mart 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Bayramın gəlişi ilə bağlı bölgələrimizdə də qiymətlər kəllə-çarxa qalxıb.

Musavat.com-un bölgə müxbiri xəbər verir ki, Tovuz bazarında on gün əvvəlki qiymətlərlə ilə müqayisədə bu günün qiymətləri arasında ən azı 50% fərq yaranıb.

Əməkdaşımız bazarda satılan məhsulların qiymətini öyrənib:

On gün əvvəl satılan almanın 1 kilosu 50 qəpikdən 1,20 azn-ə, 80 qəpik-1 manata satılan mandarinin kilosu 2,50 azn-ə, kilosu 1.50 azn-ə satılan portağalın kilosu isə 2,50 azn-ə yüksəlib.

7 azn-ə satılan şabalıdın kiloqramı 12 azn-ə, 5 azn-ə satılan fındıq 8, 10 manata satılan qoz ləpəsinin kilosu 18 azn-ə, 2.60 azn-lik banan 3.30-a qalxıb.

9.50 azn-ə satılan mal ətinin kilosu 12 azn-ə, 5 manata satılan qoyun pendiri 10 azn-ə təklif edilir.

60-80 qəpiyə satılan kələm və kök 1.20 azn-ə, 1 ədədi 5-6 azn-ə satılan kənd çolpasının ədədi 13-15 azn-ə, ədədi 28 azn-ə satılan hindüşka isə 45 azn-ə satılır.

Qiymətlərin baha olması ilə bağlı satıcılara ünvanladığımız sualın tək cavabı vardı: “Biz nə edək? Baha alıb, baha satırıq. Onsuz da camaat heç nə ala bilmir, mallarımız əlimizdə qalıb zay olacaq”.

Üç rayonun bazarlarında apardığımız araşdırmadan sonra təkcə Qazax rayonunda qiymətlərin cüzi də olsa münasib olduğunu müşahidə etdik.

Rayon sakinləri ilə söhbətdə məlum olub ki, əksər insanlar evlərinə əliboş dönürlər, ya da lazım olan ərzaqlardan sadəcə 400-500 qram alırlar. Əməkdaşımız satıcı ilə bir xanım alıcının dialoquna qulaq şahidliyi edib:

Alıcı: - Fındıq neçəyədir?

Satıcı: - Sənin üçün ucuz, 8 manata.

Alıcı: - Qardaş, bunun harası ucuzdu? Bu qiymətlər həyatdan da bahadı. Ən yaxşısı 8 manatı fındığa yox, arpa-buğdaya verib toyuqlarıma yedirdim. Heç olmaya, uşaqlarıma toyuq ətindən bayramlıq yemək bişirim.










Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/191335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR