Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri vəzifəsinə yeni təyinat olub

Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri vəzifəsinə yeni təyinat olub
16:52 14 Mart 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri vəzifəsinə yeni təyinat olub. Bu barədə "Report"a nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov məlumat verib.
F.Mənsurov bildirib ki, 65 yaşı tamamlandığı üçün təqaüdə göndərilən Nüvər Xasıyevi nazirliyin əməkdaşı Fikrət Hüseynov əvəzləyib.
F.Hüseynov həm də AZAL futbol klubunun vitse-prezidentidir.
Şöbə müdiri dopinqə qarşı mübarizə və idman məktəbləri sektorlarına hələlik təyinatın olmadığını da diqqətə çatdırıb. 
Qeyd edək ki, Gənclər və İdman Nazirliyində Nüvər Xasıyevdən əvvəl İradə Rüstəmzadə dopinqə qarşı mübarizə, Mütalib Həsənov isə idman məktəbləri sektorunun müdiri vəzifəsindən azad olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/gencler-ve-i-dman-nazirliyinde-futbol-sektorunun-mudiri-vezifesine-yeni-teyinat-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR