“Qurani-Kərim”in Hitlerin kitabına bənzədilməsininin SİRRİ AÇILDI - YƏHUDİ İZİ

“Qurani-Kərim”in Hitlerin kitabına bənzədilməsininin SİRRİ AÇILDI - YƏHUDİ İZİ
16:58 14 Mart 2017
129 Dünya
Ölkə mətbuatı
A- A+

Hollandiyanın irqçi Azadlıq Partiyasının lideri Geert Vildersin Türkiyəyə, həmçinin, İslama qarşı düşmənçiliyinin sirri ortaya çıxıb.

Publika.az
Türkiyə mediasına istinadən xəbər verir ki, Vilders gəncliyində İsraildə qalıb və onun anti-müsəlman mövqeyi məhz yəhudilərin təsiri ilə formalaşıb.

1983-cü ildə 20 yaşı olan Vilders Hollandiyaya qayıdır və siyasətə atılır. İlk olaraq Hollandiya Liberal Partiyasının mətn yazarı kimi fəaliyyət göstərir və belə tanınır.

1997-ci ildə Hollandiya Liberal Partiyasının (VVD) Utrechtdən millət vəkili seçilib. Lakin VVD Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəklədiyi üçün, 2004-cü ildə bu partiyadan istefa verir.

Vildersin İslam əleyhinə hərəkət etməsini gücləndirən səbəblərdən biri də 2004-cü ildə baş verən cinayət olub. Lakin bu cinayətin nədən ibarət olması açıqlanmır. Bir müddət əvvəl BBC-yə danışan Vilders 12 ildir təkbaşına heç bir yerə getmədiyini deyib. Qeyd edib ki, onun adı “Əl-Qaidə”nin ölüm siyahısındadır.

Anti-İslamçı Vilders Hitlerin “Mənim mübarizəm” kitabına müqəddəs "Qurani-Kərim"ə bənzətdiyi üçün dünyadakı bütün müsəlmanların tənqidinə məruz qalıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR