Azərbaycanın Ukrayna iqtisadiyyatına qoyduğu sərmayə 200 milyon dolları ötüb

Azərbaycanın Ukrayna iqtisadiyyatına qoyduğu sərmayə 200 milyon dolları ötüb
17:07 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Kiyev. 14 mart. REPORT.AZ/ Ukrayna və Azərbaycan arasında mal və xidmətlərlə birgə ticarətin həcmi 2016-cı ildə 320,31 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Report"un Ukrayna bürosuna bu ölkənin Nazirlər Kabineti Katibliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən bildiriblər.
Bu müddət ərzində Ukrayna üçün saldo sabit müsbət olaraq qalıb və 231,59 milyon dollar təşkil edib. Ukraynadan Azərbaycana ixracın payı ümumi dövriyyənin 86%-nə bərabər olub. Ukraynadan Azərbaycana mal və xidmətlərin ixracı dəyər formasında 275,95 milyon dollar təşkil edib. Azərbaycandan mal və xidmətlərin idxalı isə 44,36 milyon dollar dəyərində olub və bu, 2015-ci ilin analoji göstəricisindən 9,7% çoxdur.
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın Ukrayna iqtisadiyyatına birbaşa sərmayə qoyuluşu 201,9 milyon dollar təşkil edib. Sərmayə qoyuluşunun əsas hissəsi topdan və pərakəndə ticarətə, eləcə də avtonəqliyyat vasitələrinin təmirinə yönəlib - 85,0%. Tikini sahəsinin payı 5,8%, sənayenin payı isə 5,5% təşkil edib.
Ukraynanın Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu isə 2,8 milyon dollara çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanin-ukrayna-iqtisadiyyatina-qoydugu-sermaye-200-milyon-dollari-otub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR