Şəbnəm Tovuzlu ağladı

Müğənni Təranə Qumral və Şəbnəm Tovuzlu arasında qalmaqal daha da böyüyüb. Belə ki, Təranə Qumralın həmkarı haqda dediklərinə qarşı tərəfdən cavab gəlib.

Metbuat.az-a zəng edən Şəbnəm Tovuzlu bunları deyib:

“Mənim Təranə xanımla heç bir şəxsi qərəzim yoxdu. Tolik canlı yayımda nəsə deyibsə, mən gülə bilərəm. Təranə xanım əsəbindən belə sözlər deyib. Mən heç kimi təhqir etməmişəm, etmək fikrində də deyiləm. Lüt şəklimə gəlincə, mənim bu günə qədər dənizdə çimərlik geyimində belə fotom yoxdur. Ona qalsa, Təranə xanımın da mini ətəkdə, dizdən yuxarı fotosu var. Onun əlində heç bir fakt yoxdur, ola da bilməz. Təranə xanımla o qədər də yaxın münasibətim yoxdu".

Qeyd edək ki, müğənnin daha sonra söylədikləri, yuxarıda qeyd etdiyi fikirlərlə ziddiyət təşkil etdi:

"Ola bilər ki, dənizdə, hardasa çəkib göndərə biləriblər. Bizim bir çox müğənnilərimizin lüt fotoları, yaxud da açıq-saçıq şəkilləri var".

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR