Şimali Koreyanın "edam qanunları"

Şimali Koreyanın beynəlxalq aləmdən təcrid olunduğu haqda demək olar ki, hər kəsin xəbəri var. Amma bu ölkənin daxilində baş verənlərin detallarından heç də hamı xəbərdar deyil.

Metbuat.az bildirir ki, ölkədən çıxmaq kimi, ölkəyə daxil olmaq da imkansızdır. Bu ölkəyə səyahət etmək istəyənlər yalnız dövlətin müəyyən etdiyi marşrut üzrə öz istəklərinə çata bilərlər.

Ölkə konstitusiyasında söz və mətbuat azadlığı qeyd olunsa da, mətbuat ciddi şəkildə dövlət tərəfindən nəzarətdə saxlanılır. Ordu və yoxsul əhalinin fotolarının çəkilməsi qadağan edilib.

Xiaolu Çu adlı fotoqraf qoyulan qadağaları pozmağı bacarıb. O, nəinki qadağan olunan fotoları çəkib, eyni zamanda onları ölkədən kənara da çıxarıb. Ölkəsinə qayıtma şansını ömürlük itirəcəyini bilsə də, o, bu yolla dünya ictimaiyyətini Şimali Koreyanın diktator rejiminə yönəltməyi bacarıb.

Aytən Novruzova / Metbuat.az
















Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR