O gecə Rotterdamda baş verənlər

Hollandiyanın Rotterdam şəhərinin bələdiyyə sədri Əhməd Əbutalib Türkiyəylə böhranın yaşandığı gecə baş verən hadisələrlə bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, həmin gecə Türkiyənin ailə və sosial siyasətlər üzrə naziri Fatma Betül Sayan Kayanın Rotterdama gəlməsi gərginliyi bir qədər də artırıb. Bələdiyyə sədri xüsusitəyinatlılara atəş açmaq icazəsi verib:

"Nazirin 12 mühafizəçisi var idi və bu çox qorxulu idi. Enlikürək mühafizəçilərin silahlı olub-olmadığını bilmirdik. Xoşagəlmaz hadisə baş verərsə, vəziyyətə nəzarət edə biləcəyimizdən əmin olmalı idik".

Xatırladaq ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsi ləğv edilikdən sonra, Betül Sayan Kaya quru yolu ilə Almaniyadan keçməklə Hollandiyaya səfər etmişdi. Yolları bağlayan təhlükəsizlik əməkdaşları, xanım nazirin Türkiyə Konsulluğu binasına getməsinə icazə verməmişdi.

Sübhan / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR