​Dünyada qızıl ucuzlaşır, Azərbaycanda isə bahalaşır

Dünya birjalarında qızıl uzuclaşmaqda davam edir. Son 6 ayda dünya bazarında qızılın qiyməti 8%-dən çox aşağı düşüb. Bir ildə 6%-lik bir azalma var. Yerli bazarda isə əksinə artım müşahidə olunur.

İqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bildirib ki, yerli bazarda qızılın qiymətinin qalxması tələbatdan asılıdır:

“Bir tərəfdən dollar Azərbaycan bazarında dəyər itirir. Elə təkcə fevral ayında manat 10% möhkəmlənib. Qızıla olan tələbin 90%-i də idxal hesabına həyata keçirilir. Belə olan halda, qızılın qiyməti aşağı düşməlidir. Lakin əks proses baş verir. Dünya bazarında dollar ucuzlaşdığı üçün qızıl da ucuzlaşır. Azərbaycan valyuta bazarında isə dolların ucuzlaşmasına baxmayaraq, qızıl bahalaşmaqda davam edir. Bu, iqtisadi baxımdan izah olunası bir məsələ deyil. Çünki xərc azalırsa, qiymət də azalmalıdır. Düşünürəm ki, qızıl bazarında süni qiymət formalaşır. Süni qiymətlərin optimallaşdırılmasında monitorinqlər aparılmalıdır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR