OPEC fevralda gündəlik 31,958 mln. barel neft hasil edib

OPEC fevralda gündəlik 31,958 mln. barel neft hasil edib
18:02 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ OPEC ölkələri fevralda gündəlik neft hasilatını yanvar ayı ilə müqayisədə 139,5 min barel azaldaraq 31,958 mln. barelə endirib.
“Report” "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə OPEC-in mart hesabatında ikinci mənbələrin məlumatlarına əsasən qeyd olunub.
Məlumata görə, Nigeriya fevral ayında gündəlik neft haslatını yanvarla müqayisədə 58 min barel artıraraq 1,608 mln. barelə çatdırıb.
Bununla belə, Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 68,1 min barel, İraq 62 min barel, BƏƏ 36,9 min barel, Anqola isə 18,2 min barel azaldıb. Fevralda gündəlik neft hasilatı Səudiyyə Ərəbistanında 9,797 mln. barel, İraqda 4,414 mln. barel, BƏƏ-də 2,925 mln. barel, Anqolada 1,641 mln.barel təşkil edib.
Qeyd edək ki, ötən ilin noyabr ayının sonunda OPEC ölkələri gündəlik neft hasilatının 1,2 mln. barel azaldılması ilə bağlı qərar verib. On ölkə - Əlcəzair, Anqola, Ekvador, Qabon, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Venesuela hasilatın azaldılmasına razılıq verib. Hasilatın azaldılması razılığında Nigeriya və Liviya üçün istisna tətbiq edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/opec-fevralda-gundelik-31-958-mln-barel-neft-hasil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR