"Feel The Harmony" - Bakıda rəqsin, folklorun, yumorun geniş miqyaslı konserti keçirildi - FOTO

"Feel The Harmony" - Bakıda rəqsin, folklorun, yumorun geniş miqyaslı konserti keçirildi - FOTO
18:05 14 Mart 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda Azərbaycan Gənclər İttifaqı (AGİ) ilə birlikdə Azərbaycan Rəqs Assosiasiyasının təşkilatı ilə "Fell The Harmony" adlı bayram təşkil olunub. Səhnədə müxtəlif janrlarda çıxış edən 400-dən çox artist çıxış ediblər. Onların arasında nəinki Bakıdan, həmçinin Azərbaycanın regionlarından və qonaqlarımız olan Gürcüstandan və İrandan iştirakçılar qatılıblar.

"Azərbaycan Gənclər İttifaqının nəzdində olan Pioner Evinin tələbələri çoxlarını öz rəqsləri ilə heyran ediblər. Uşaqlar həm xalq, həm də müasir rəqslərdə öz istedadlarını məharətlə göstəriblər. Azərbaycan Xoreoqrafiya Akademiyasının şagirdi - Fidan Əliyeva tamaşaçılara " Xatirədir" adlı yeni kompozisiyasını təqdim edib. Qızlardan olan Gürcüstan kollektivi "Adjaruli" gözəl folklor sənəti göstərib.

Qafqaz yumoruna rəngarənglik qatan "Abşeron Stone" KVN komandasıda çıxış ediblər", - Əziz Əzizov deyir.

Xalq artistini Cəmilə Bayramovanın, həmçinin Aysel Hüseynovanın, Nigar İbrahimbəylinin, Səbinə İsmayılovanın, Natəvan Musayevanın, Emil Pənahovun, Cavid Məmmədovun, Vüqar Rəhimovun, Xəyyam Kələntərlinin, Günel Həsənovanın, Nigar Əliyevanın, Eqor Anisimovun, Coşqun Abbasovun, Zaur Qasımovun, Fidan Əliyevanın və digərlərinin kollektivləri tamaşaçıların alqışları ilə müşayiət olunan bayram gününə parlaq rənglər qatıblar.










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/526129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR