Bu il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 73 milyon dollar təşkil edib

Bu il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 73 milyon dollar təşkil edib
18:12 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Tbilisi. 14 mart.REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 651 milyon dollardan çox olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, ölkənin ticarət balansında bu ilin yanvar ayında 297 milyon dollarlıq mənfi saldo yaranıb. Bunun da 46 faizi xarici ticarət dövriyyəsinin payına düşür.
Ölkənin Milli Statistika Xidmətinin yaydığı məlumatda deyilir ki, 2017-ci ilin yanvar-fevral aylarında Gürcüstanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq 174 milyon dollar təşkil edib. MDB ölkələri ilə ticarət dövriyyəsi 32 faiz artaraq 220 milyon dollara çatıb.
Ümumi xarici ticarətin 67 faizi Gürcüstanın əsas ticarət tərəfdaşlarının payına düşüb. Tərəfdaşlar arasında ilk onluqda siyahıya 86 milyon dollarla Türkiyə başçılıq edir. İkinci yerdə 73 milyon dollarla Azərbaycan, üçüncü yerdə isə 72 milyon dollarla Rusiya gəlir.
Fevral ayında Gürcüstan 177 milyon dollarlıq (2016-cı ilin eyni dövrü ilə müqayisədə 45 faiz çox) mal ixrac edib. İdxalın həcmi də 15 faiz artaraq 474 milyon dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bu-il-azerbaycanla-gurcustan-arasinda-ticaret-dovriyyesi-73-milyon-dollar-teskil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR