İdman gimnastikası üzrə Dünya kubokunda idmançılar necə qidalanır? - FOTOREPORTAJ

İdman gimnastikası üzrə Dünya kubokunda idmançılar necə qidalanır? - FOTOREPORTAJ
18:42 14 Mart 2017
109 İdman
Ölkə mətbuatı
A- A+

"İdman gimnastikası üzrə Dünya kubokunun iştirakçıları üçün menyu tərtib olunarkən müxtəlif ölkələrin ənənələri nəzərə alınır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə baş aşpaz Elmar Şahməmmədov deyib.

16-19 mart tarixlərində Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya kubokunda ilk dəfə olaraq Çin, İraq, Avstraliya, eləcə də Yunanıstan və Rumıniyadan idmançılar iştirak edəcək. Baş aşpazın sözlərinə görə, menyuya onların milli yeməkləri daxil ediləcək.

O deyib ki, menyuya müsəlman, Avropa, Asiya ölkələrinin yeməkləri daxil edilib:
 "Bu gün bizdə Azərbaycan, İtaliya və Çin mətbəxi yer alıb. Azərbaycan mətbəxindən xarici gimnastlar yarpaq dolmasını, kələm dolmasını, plov və ləvəngini bəyənib".

E.Şahməmmədovun sözlərinə görə, menyu həmişə həkimlərlə razılaşdırılır.

O bildirib ki, dietoloqların məsləhəti ilə idmançılar üçün menyular tərtib edilir: "Bəzi idmançılar üçün həkim təlimatı ilə həftəlik pəhriz menyusu hazırlanır".

E.Şahməmmədov deyib ki, idmançılar üçün menyuda "fast-fud" yer almır, yeməklər yalnız təbii məhsullardandır: "Biz idmançılara müxtəlif meyvələr - portağal, naringi, alma, eləcə də fərqli meyvələrdən kompotlar təklif edirik. Bundan başqa, mütləq şəkildə gül kələmindən salat təqdim edilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində























Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/526179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR