Cocuq Mərcanlıda məktəb binasının və mənzillərin bünövrəsi qoyuldu - FOTOREPORTAJ

Cocuq Mərcanlıda məktəb binasının və mənzillərin bünövrəsi qoyuldu - FOTOREPORTAJ
18:48 14 Mart 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamına uyğun olaraq tikinti işləri sürətlə davam etdirilir.

AZƏRTAC-ın müxbiri Cocuq Mərcanlıdan xəbər verir ki, inşaat işlərinə 30-a yaxın texnika, 100-dən çox işçi cəlb edilib. İş icraçısı Gülməmməd Veysəlovun bildirdiyinə görə, artıq məktəb binasının və 31 evin bünövrəsi qoyulub. Yaxın 10 gün ərzində digər 19 evin də təməli atılacaq. Kənddə birinci mərhələdə tikiləcək 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlı olacaq. Növbəti mərhələdə daha 150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur

Tikintidə çalışanların əhval-ruhiyyəsi yüksəkdir. Hörgü işləri aparan Şahin Nemətov deyib: “Can-başla işləyirik. O gün olsun ki, digər şəhər və kəndlərimiz də işğaldan azad edilsin və orada tikinti işləri aparaq”.

Kənd ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işi də davam etdirilir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Füzuli regionu üzrə əməliyyat menecerinin müavini Fehruz Mahmudov bildirib ki, 36 gün ərzində Cocuq Mərcanlı kəndində 1 milyon 106 min kvadratmetrdən çox ərazi yoxlanılıb. 22 ədəd partlamamış hərbi sursat, 4 ədəd piyada əleyhinə “OZM-72” mina və 32 ədəd tank əleyhinə mina (8 tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda kəndin əkin sahələrinin və ətraf ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.














Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/191345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR