İlaxır çərşənbədə dünyaya gələn 1 yaşlı Bahar dəvə - ŞƏNLİYİKDƏN REPORTAJ

İlaxır çərşənbədə dünyaya gələn 1 yaşlı Bahar dəvə - ŞƏNLİYİKDƏN REPORTAJ
18:54 14 Mart 2017
142 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtda İlaxır çərşənbə ilə bağlı bayram əhval-ruhiyyəsi hökm sürür. Ənənəvi olaraq bu il də metronun İçərişəhərin qala divarları önündə bayram şənliyi keçirilib.
 
- Bayramınız mübarək. Süfrələrinizə ruzi bərəkət arzulayıram. Biz artıq keçəllə bu il evlənəcəyik.
- Bu il Bahar qız söz verib deyib başıma tük gəlsə, evlənəcəyik.
 - Kosa gəl dava etməyək, hər kəsin bayramını təbrik edək.
 
Novruz şənliyini izləyənlər arasında ukraynalı turistlər də var: "Mən Kiyevdən gəlmişəm. İlK dəfədir ki, Novruz bayramını görürəm, ilk  dəfədir ki, Bakıdayam.  Çox xoşuma gəldi, yenə də gəlmək istəyirəm. Dünən dostlarımızla birlikdə qoğal hazırlamışıq".  
 
"Yəqin ki, bu dəvəni xatırladınız, ötən il axır çərşənbə günü məhz burada doğulmuşdu. Bayramda doğulduğuna görə də adını Bahar qoyublar".
 
Bayram karvanındakı dəvələr, sanki hər il bir hadisə ilə yadda qalmağa söz veriblər. Bu il də istisna olmadı.
 
At və dəvələrə minmiş süvari qruplar Suraxanıda yerləşən Atəşgah məbədinə yol alır.
 
- Bayramınız mübarək bütün xalqımızı təbrik edirəm, inşallah sülh, əmin-amanlıq bərpa olsun. Çox qəşəngdir, fərqlidir.
- Axır çərşənbədir, çox xoşumuza gəldi, baxırıq.
 
Dədə Qorqud Novruz bayramı münasibətilə xalqımızı təbrik edib: "Evlərdə ocaqlar daim yanar olsun. Haqq yandıran çırağımız yanar dursun. Bayramınız mübarək!
 
Atəşgahdan od götürən bayram karvanı Gənclər Meydanına gedəcək, orada bayram tonqalını alovlandıracaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR