Əkin sahəsində raket mühərrikinin alışdırıcısı tapıldı - FOTO

Əkin sahəsində raket mühərrikinin alışdırıcısı tapıldı - FOTO
18:57 14 Mart 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Füzuli rayonu Böyük Bəhmənli kəndində əkin sahəsinə baxış keçirilib.

Milli.Az bildirir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, baxış zamanı 1 ədəd 9M22U raketinin mühərrikinin alışdırıcısı (9X227) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

(DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar - 14 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 4 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 989 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 6 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 150 077 kv.m ərazi (458 617 kv.m əl ilə, 288 500 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 289 960 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR