Səyyad Salahlı: "Son illər yeni dini məbədlərin inşasına və yenidən qurulmasına diqqət artır"

Səyyad Salahlı: "Son illər yeni dini məbədlərin inşasına və yenidən qurulmasına diqqət artır"
19:02 14 Mart 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Masallı şəhərində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nazim Muradov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Mirqiyas Təhməzov, dini icma sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səyyad Salahlı Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib. O bildirib ki, ölkə başçısı son dövrlərdə milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı sərəncamın vacibliyinə toxunan S.Salahlı İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini də verib.
Digər natiqlərin çıxışlarından sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Xəbərin orijinal ünvanı: https://report.az/din/seyyad-salahli-son-iller-yeni-dini-mebedlerin-insasina-ve-yeniden-qurulmasina-diqqet-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR