Cocuq Mərcanlıda piyada əleyhinə mina tapıldı - FOTO

Cocuq Mərcanlıda piyada əleyhinə mina tapıldı - FOTO
19:05 14 Mart 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 1 732 ədəd qəlpə, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, nəticə etibarilə 28 250 kv.m ərazi (4 430 kv.m əl ilə, 16 300 kv.m mexaniki üsulla və 7 520 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

37 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 5 ədəd piyada əleyhinə mina (OZM-72) və 32 ədəd tank əleyhinə mina (8 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 1 134 723 kv.m ərazi (419 443 kv.m əl ilə, 304 800 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 297 480 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar - 14 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 4 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 989 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 7 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 178 327 kv.m ərazi (463 047 kv.m əl ilə, 304 800 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 297 480 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/526183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR