Tovuzda 60 yaşlı piyadanı avtomobil vurub

Tovuzda 60 yaşlı piyadanı avtomobil vurub
19:07 14 Mart 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 14 mart. REPORT.AZ/ Tovuz rayonunda 60 yaşlı piyadanı avtomobil vuraraq ağır yaralayıb.
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində baş verib. 
Belə ki, rayon sakini, 1957-ci il təvəllüdlü Yaşar Məhərrəm oğlu Kərimov yolu keçmək istəyərkən onu "VAZ -2106" markalı avtomobil vurub. Yaralı piyada təcili tibbi yardım maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-60-yasli-piyadani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR