"Qarabağ" qələbə qazandı -

Azərbaycan Premyer Liqasında 22-ci turun növbəti görüşü keçirilib.

Metbuat.az-ın məlumatına görə, "Qarabağ" AZAL-ı qəbul edib. İlk hissədə qapılara qol vurulmayıb. İkinci 45 dəqiqədə Ağdam təmsilçisi oyunun gedişatını xeyrinə dəyişməyi bacarıb. 68-ci dəqiqədə fərqlənən Dino Ndlovu "Qarabağ"a 3 xal qazandırıb.

Azərbaycan Premyer Liqası

22-ci tur

14 mart (çərşənbə axşamı)

“Qarabağ” – AZAL - 1:0

Qol: Dino Ndlovu, 68

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
Suraxanı qəsəbə stadionu

“Qarabağ”: 13. İbrahim Şehiç, 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov

AZAL: 23. Aqil Məmmədov, 18. Ruslan Əmircanov, 5. Kamil Hüseynov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 91. Mehdi Taouil, 77. Arkadi Qalperin, 7. Kamal Mirzəyev, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 21. Samir Məsimov, 10. Nuqzar Kvirtiya, 70. Vaqif Cavadov, 11. Frank Madu, 6. Bəxtiyar Soltanov, 37. Fərid Abbaslı
Baş məşqçi: Tərlan Əhmədov

Xallarının sayını 48-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Qəbələ" "Neftçi"ni məğlub edəcəyi təqdirdə Ağdam klubu yenidən ikinci pilləyə qayıdacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR