Azərbaycanın dünyanın ən yaxşı ölkələri sırasında -

Azərbaycan ABŞ-ın www.usnews.com portalının və Pensilvaniya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən araşdırmanın nəticələrinə əsasən, dünyanın ən yaxşı ölkələrinin reytinqində yer alıb.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, reytinqdə ölkələr turizm sektorunun inkişafı, innovasiyalar, mədəniyyət, iqtisadi artım, əlverişli biznes mühiti və tarixi irs meyarları üzrə seçiliblər. Dünyanın 36 ölkəsində 20 min nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycan ən yaxşı 80 ölkə arasında 69-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıda MDB ölkələrindən Azərbaycan ilə yanaşı, yalnız Rusiya, Belarus, Qazaxıstan və Ukrayna yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR