Liviya ordusu strateji şəhərləri ələ keçirdi

Liviya ordusu strateji şəhərləri ələ keçirdi
19:38 14 Mart 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Liviya hökumət ordusu limanlar və neft yataqlarının azad edilməsi əməliyyatının gedişatında Ras-Lanuf və Es-Sidr şəhərlərini azad edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Sky News Arabia” telekanalı bildirib.

Kanalın məlumatına görə, hazırda generalı Xəlifə Xaftarın komandanlığı altında olan hökumət ordusu Xəlifələri Bin-Cavad şəhərinə hücum edir.

Qeyd edək ki, Liviyada hazırda ikihakimiyyətlilik hökm sürür. Qərbdə - paytaxt Tripolidə BMT və Avropanın dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sərracın başçılıq etdiyi Liviya Milli Barışıq Hökuməti fəaliyyət göstərir.

Ölkənin şərqində - Tobruk şəhərində isə Tripolidən asılı olmayan hakimiyyət fəaliyyət göstərir. Tobruk hakimiyyəti generalı Xəlifə Xaftarın başçılıq etdiyi ordu ilə əməkdaşlıq edir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR