Azərbaycanın iş adamları Yaponiyada sərgi və konfransa qatılacaqlar

Azərbaycanın iş adamları Yaponiyada sərgi və konfransa qatılacaqlar
19:42 14 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 mart. REPORT.AZ/ Yaponiyada XXIX “Təbii qaz, mayeləşdirilmiş təbii qaz” sərgi və konfransı keçiriləcək.
Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Aprelin 4-dən 7-dək davam edəcək sərgi və konfrans paytaxt Tokio şəhərində baş tutacaq. Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər. 
Sərgi və konfransda iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azerbaycanin-is-adamlari-yaponiyada-sergi-ve-konfransa-qatilacaqlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR