Hollandiya Mərkəzi Bankının saytı ələ keçirildi -

Hollandiya və Türkiyə arasındakı gərginlik davam edir. Bu səfər məsələyə hakerlər müdaxilə edib.

Metbuat.az-ın məlumatına görə, Türkiyənin "Cyber Warrior" haker qrupu tərəfindən Hollandiyanın dövlət qurumlarının saytlarına kiber hücumlar olub. Başda Hollandiya Mərkəzi Bankı olmaqla, Planlaşdırma və Ətraf Mühit nazirliyi və Beynəlxalq Ticarət Agentliyinin internet səhifələri ələ keçirilib.

Ana səhifəyə Ərdoğanın şəklini qoydular

Hakerlər Hollandiya Mərkəzi Bankının saytını ələ keçirdikdən sonra ana səhifəyə Rəcəb Tayyib Ərdoğanın şəklini yerləşdiriblər. Fotoda Türkiyə prezidentinin Avropanı hədəf alan açıqlamaları diqqət çəkib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR