Fransa prezidentliyinə namizədə qarşı ittiham - MƏNİMSƏMƏ

Fransa prezidentliyinə namizədə qarşı ittiham - MƏNİMSƏMƏ
20:12 14 Mart 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidentliyinə namizəd, keçmiş baş nazir Fransua Fiyona qarşı dövlət vəsaitlərinin israf edilməsi ittihamı irəli sürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  ittihamlar onun ailə üzvlərinin saxta şəkildə işə düzəlmələri ilə bağlıdır.

Qeyd edək ki, onun ətrafında qalmaqal Fransada satirik jurnalda dərc olunan məqalədən sonra baş qaldırmışdı. Həmin dönəmdə Fransua Fiyonun həyat yoldaşının parlamentdə səkkiz il müddətində onun köməkçisi qismində əmək haqqı aldığı ortaya çıxmışdı.

Bu ittiham keçmiş baş nazirin övladlarına da aid edilib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR