"Qarabağ"ın tərcüməçisi "Facebook"dakı paylaşımına görə komandadan uzaqlaşdırıldı -

AZAL-la oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin önünə çıxıb.

Metbuat.az bildirir ki, Qurbanova, klubun tərcüməçisi Əfqan Xəlillinin söz-söhbətə səbəb olan "Facebook" paylaşımı barədə sual ünvanlanıb. Təcrübəli çalışdırıcı sözügedən şəxsi artıq komandadan uzaqlaşdırdığını deyib:

"Həmişə demişəm ki, hərə öz işi ilə məşğul olmalıdır. Xüsusən də, olduğum klubda bunu daha çox tələb etmişəm. Xoşagəlməz hal yaşandı. Çox danışmaq istəmirəm. Onu komandadan uzaqlaşdırdım. Əfqanın işindən çox razı idim, son vaxtlar bir-birimizi başa düşürdük. Bir neçə dildə çox yaxşı danışıq qabiliyyəti var. Yaxşı bir işçini itirdik. Amma mənim qoyduğum qaydalar var, onlara riayət etmək lazımdır. Bu məsələyə bir daha qayıtmasaq yaxşıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR