Ronaldinyodan “Qəbələ”ylə bağlı paylaşım - FOTO

Ronaldinyodan “Qəbələ”ylə bağlı paylaşım - FOTO
20:43 14 Mart 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”ylə müqavilə imzalamağa hazırlaşan Braziliya millisinin sabiq üzvü Ronaldinyo bu barədə Dubaydan ilk xəbəri özü paylaşıb.

Komanda.az xəbər verir ki, “sambaçı” sosial şəbəkədəki hesabında "Qəbələ" forması geyinmiş uşaqla şəklini yerləşdirib.

“Qəbələ” rəsmiləri sözügedən məsələylə əlaqədar Dubaydadılar. Sabah Dubayda tərəflər arasında iki illik müqavilə imzalanacaq.

“Qırmızı-qaralar”ı burda klubun vitse-prezidenti Fariz Nəcəfov, Futbol Akademiyasının direktor müavini Nail Kərimov, Media və Marketinq direktoru Səməd Nəsibov, kommersiya direktoru Mustafa Aztopal təmsil edəcək.

İmza mərasimi “Burc əl Ərəb” otelində baş tutacaq. Bundan başqa, Bakıdakı məktəb haqqında reklam roliki də çəkiləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR