Diri-diri dəfn edilməkdən qorxurdu - Xüsusi tabut hazırlamışdı - FOTO

Diri-diri dəfn edilməkdən qorxurdu - Xüsusi tabut hazırlamışdı - FOTO
20:47 14 Mart 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Vermont ştatında yerləşən Nyu-Heyven şəhərciyinin başlıca görməli yeri məzarlıqdakı qəbirdir.

Milli.Az interaz-a istinadən xəbər verir ki, bu qəbir pəncərə ilə təchiz edilib. Pəncərədən içəridə nə olduğuna nəzər salmaq mümkündür. Hazırda şüşə tərlədiyindən içəri görünmür, lakin 100 il bundan əvvəl oraya nəzər salan zaman dəfn edilmiş kişinin çürüyən üzünü müşahidə etmək mümkün idi.

Qeyri-adi qəbri Timoti Klark Smit adlı mərhum həkim hazırlamağı vəsiyyət edib. O, psixi pozğunluq - tafofobiyadan əziyyət çəkirdi. Belə insanlar diri-diri dəfn olunmaqdan qorxurlar. Bir çoxları özlərini sakitləşdirmək üçün müxtəlif qurğular hazırlamağı düşünüblər. Onların düşüncəsinə əsasən, bu cür icadlar vaxtından əvvəl dəfn edildikləri halda həmin insanları xilas etməli idi.

Fobiyanın ən geniş yayıldığı vaxt XIX əsrin sonlarına təsadüf edir. "New-York Times" qəzeti 1885-ci il fevralın 21-də diri-diri dəfn edilən insan barədə reportaj çap edir. Verilən məlumatda mərhumu yenidən dəfn edən zaman cəsədin qəbirdə çevrilmiş vəziyyətdə uzandığı, barmaqlarının qanlı olduğu, tabut qapağının isə içəridən cırmaqlandığı qeyd edilib.

Xəbər o qədər rezonans yaradıb ki, digər qəzetlər bu mövzuya maraq dalğasını sezərək dünyanın müxtəlif bucaqlarında baş verən oxşar hallar barədə yazmağa başlayıblar. Öz əsərlərində oxşar süjetləri əks etdirən yazıçıların da bu işdə rolu oldu.

KİV və yazıçılar tərəfindən belə güclü psixoloji hücumdan sonra  çoxlu sayda insan özünü vaxtından əvvəl dəfn edilməkdən "sığortalamağa" qərar verib. Fürsətdən istifadə edən sahibkarlar isə dərhal təhlükəsiz tabutlar təklif etməyə başlayıblar.

Adətən qəbirlər yer səthinə qədər uzanan və hava axınını təmin edən xüsusi boru ilə təchiz olunurdu. Mərhumun əlinə isə qəbiristanlıq keçikçisinin evciyindəki zınqırova bağlanmış ip yerləşdirilirdi. Düşüncəyə əsasən, dirilən mərhum insanlar tərəfindən eşidilməsi və qazılıb oradan çıxarılması üçün ipi dartmalı idi.

Lakin Timoti Klark Smit təhlükəsiz qəbirlərin mövcud modellərindən narazı qalır və öz variantını düşünür. O, keşikçinin hər gün yanından keçərkən mərhumun həyat əlamətləri verib-vermədiyini sezə bilməsi üçün qəbirə pəncərə yerləşdirir. 

Bundan başqa qəbirə xüsusi çəkic qoyulur. Həmin çəkiclə şüşəni içəridən qırmaq mümkün idi. Bu, bir növ ehtiyat tədbiri idi. Belə ki, zınqırovla bağlı problem yarana bilərdi.

Lakin Timoti Klark Smitin qorxuları əbəs oldu. O dirilmədi, amma qeyri-adi qəbri ilə özünə diqqət cəlb edə bildi.

Tibbin ciddi inkişafına baxmayaraq diri-diri dəfn olunma qorxusu bu gün də mövcuddur. Müasir təhlükəsiz tabut modelləri isə təchizat baxımından avtomobillərdən geri qalmırlar. Tafofobiyalı insanlara qəza siqnallı, daxili əlaqə sistemli, fənərli, tənəffüs aparatı və daxili monitorlu kardiostimulyator təklif olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/526151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR