Fəsil dəyişiklikləri üçün qidalanma təklifləri...

Fəsil dəyişiklikləri üçün qidalanma təklifləri...
21:12 14 Mart 2017
203 Ölkə
Ölkə mətbuatı
A- A+

Qırmızı rəngli qidalar: Başda quşüzümü olmaqla, pomidor, qarpız, çiyələk, qreypfrut və nar kimi qırmızı rəngli qidalar güclü antioksidant olan likopen ehtiva edirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu səbəbdən xərçəng xəstəliklərinə qarşı qorunmada qırmızı rəngli meyvə və tərəvəzlər mütləq qida rasionumuzda yer almalıdır.

Qoz: Yüksək Omega 3 və polifenol (çox güclü antioksidamt) tərkibinə sahib olan qoz, çəki nizamlanmasında, ürək xəstəlikləri və xərçəngdən qorumada təsirlidir. Daimi istehlak edildiyində isə, iltihablanmanın qarşısını almağa kömək edir.
Bənövşəyi rəngli qidalar: Böyürtkən, badımcan və qırmızı çuğundur kimi bənövşəyi rəngli qidalar, antiaging xüsusiyyətdə olduğundan yaşlanmağı gecikdirirlər.
Yaşıl rəngli qidalar: Kahı, avakado, yaşıl üzüm və yaşıl ərik kimi yaşıl rəngli qidalar, C vitamini və minerallar baxımından son dərəcə əhəmiyyətlidir. Hər gün ən az 1 ovuc istehlak edilməlidir.
Sarı rəngli qidalar: Kök, şaftalı, ərik, bal, balqabaq və xurma kimi sarı rəngli qidalar, immuniteti gücləndirmək üçün yüksək beta karotin məzmunu ilə diqqət çəkirlər. Xüsusilə fəsil dəyişikliklərində bizə dəstək olurlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/525469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR