Ermənistanda kütləvi əlbəyaxa: xəsarət alanlar var

Ermənistanda kütləvi əlbəyaxa: xəsarət alanlar var
21:32 14 Mart 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın Armavir vilayətindəki Crarat kəndində məktəblilər arasında əlbəyaxaya böyüklərin qatılması nəticəsində üç nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb, zərər çəkənlərdən biri odlu silahdan yaralanıb, Ermənistan polisinin məlumatında deyilir.
Ermənistan Polisi mətbuat xidmətinin rəisi Aşot Aharonyanın sözlərinə görə, hadisə iştirakçılarından birinin qolu sınıb, üçüncü şəxsə isə iti alətlə xəsarət yetirilib.
Milli.Az BBC-yə istinadən bildirir ki, Polisin məlumatına görə, məktəblilərin mübahisəsinə kənd sakinləri qatılıb. Avtomat tətbiq etmək cəhdinin qarşısı alınarkən, atəş açılıb.
"Hazırda Crarat kəndində vəziyyət nəzarət altındadır. Avtomat silah müsadirə edilib. İstintaq aparılır", - polis nümayəndəsi jurnalistlərə deyib.

Maraqlıdır ki, Armavir vilayətinin bu kəndində son həftə ərzində bu, ilk "silahlı" insident deyil.
Fevralın 12-də seçki təşviqat-təbliğat kampaniyası çərçivəsində sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq xarici işlər nazirləri Raffi Hovhannisyan və Vardan Oskanyanın adlarını daşıyan "Ohanyan-Raffi-Oskanyan" (ORO) müxalif mövqedən çıxış edən seçki blokunun Crarat əhalisi ilə görüşü zamanı hakim Ermənistan Respublikaçılar Partiyası təmsilçisi olan kənd icra başçısı Samvel Qalstyan ORO blokunun tərəfdarı olan həmkəndlisini hədələyib.
ORO nümayəndələrinin mətbuata dediyinə görə, kənd rəhbərinin yaxınlarından biri blok üzvlərindən birini "tapança ilə hədələyib".
ORO blokun başqa bir bəyanatında isə, martın 14-də Crarat kəndində "Ohanyan-Raffi-Oskanyan" blokunun tərəfdarları hakim Ermənistan Respublikaçılar Partiyasının yerli strukturu nümayəndələrinin "silahlı hücumuna" məruz qaldığı və nəticədə yaralanan haqqında məlumat verilir.
Əlaqəli mövzular
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/526203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR